“İpək Yolu Sığorta” 2023-cü ilin yanvar-iyun aylarını 374 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə sığorta şirkətinin mənfəəti 478 min manat olub ki, bu da illik müqayisədə 22% azalıb.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “İpək Yolu Sığorta”nın gəlirləri 3 milyon 676 min manat (əvvəlki ilə nisbətən 46% az), xərcləri 3 milyon 209 min manat (əvvəlki ilə nisbətən 48% az), mənfəət vergisi ödəmələri isə 93 min manat təşkil edib. (azalma 22.5%)

Hesabat dövründə “İpək Yolu Sığorta”nın aktivləri 21 milyon 549 min manat olub ki, bu da ilin əvvəlinə nisbətən 33% azdır.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Azərbaycan neftinin qiyməti bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Banker.az xəbər verir…

Azərbaycanda vergilərin az ödənilməsinə görə maliyyə sanksiyaları artırılıb

Bu gündən Azərbaycanda vergilərin az ödənilməsinə və digər vergi hüquqpozmalarına görə maliyyə…

“Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır”

Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən azı 2020-ci ilin noyabrında belə bir…

Sabunçuda yolayrıcında avtomobil sıxlığının qarşısı alınıb

Daha bir yolayrıcında yaranan avtomobil sıxlığının qarşısı alınıb. Banker.az xəbər verir ki,…

Mərkəzi Bank banklarda kredit risklərinin idarə edilməsi qaydasını yenilənib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 22 iyul tarixli Qərarı ilə…