Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 22 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da dəyişikliklər edilib.

Banker.az xəbər verir ki, bu Qaydanı AMB-nin sədri Taleh Kazımov imzalayıb.

Qərarda deyilir:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 22 iyul tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da aşağıdakı dəyişikliklər edilsin:

  1. 2.1.6-cı yarımbənddə “kredit” sözü “istehlak krediti” sözləri ilə əvəz edilsin;
  2. 4.2-ci bəndə “əmlak krediti” sözlərindən sonra “, habelə “Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası”nın tələblərinə uyğun verilmiş layihə maliyyələşdirilməsi kreditləri” sözləri əlavə edilsin;
  3. 4.2.2-ci yarımbəndə birinci halda “kateqoriyasına” sözündən sonra “aid” sözü əlavə edilsin;
  4. 7.1-ci bənddən “, 4.8-ci” sözləri çıxarılsın;
  5. aşağıdakı məzmunda 7.1-1-ci bənd əlavə edilsin:

“7.1-1. Bu Qaydanın 4.8-ci bəndinin tələbi bu Qaydanın qüvvəyə mindiyi tarixdən sonra verilmiş, habelə bu Qayda qüvvəyə mindiyi tarixə qədər verilmiş, lakin Qayda qüvvəyə mindiyi tarixdən sonra restrukturizasiya edilməsi nəticəsində ümumi müddəti (restrukturizasiyaya qədər və restrukturizasiyadan sonrakı müddəti) 5 (beş) il və ondan artıq olan istehlak kreditlərinə şamil edilir.”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Azərbaycanda prokurorluq işçilərinin ştat sayı həddi dəyişib

Prezident İlham Əliyev 18 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş…

NYT: İran İsrailə 185 PUA və 146 raket atıb

İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və…

Rabitəbankın “Mobil POS” xidməti ilə POS terminal cibinizdə!

®Müştərilərinin rahatlığı üçün hər zaman innovativ həllər təqdim edən Rabitəbank həm hüquqi…

Konstitusiya Məhkəməsi avtomobillərə texniki xidmət üçün 14 min manat xərcləyəcək

Azərbaucan Respublikası Konstitusiya Məhkəməsi İmprotex Motors MMM ilə müqavilə imzalayıb. Banker.az xəbər…

Moldova ilk dəfə ABŞ-dan qaz alacaq

Moldova gələn həftə ilk dəfə olaraq ABŞ- dan maye qaz alacaq. Ölkənin…