“Sürücülərin şəxsi avtomobillərində quraşdırdıqları videokameralar vasitəsilə lentə alınan görüntülər məhkəmədə sübut kimi qəbul edilə bilər”.

Bunu Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Vidadi Cəfərov deyib.

O bildirib ki, bununla bağlı hər hansı istisna yoxdur.

“Sürücülər yol-nəqliyyat hadisələri ilə bağlı cinayət işlərində həmin görüntüləri sübut kimi məhkəməyə təqdim edə bilərlər. Həmin görüntülər mütləq qaydada ekspertizaya göndəriləcək. Ekspertlər bu görüntülərin həqiqi olub-olmadığını, görüntülərə müdaxilə edilib-edilmədiyini müəyyən etməlidir. Əgər həmin görüntülər, doğrudan da, hadisə ilə bağlı gerçəkçiliyi əks etdirirsə, biz təbii ki, onu sübut kimi qəbul edəcəyik. Hətta, mən deyərdim ki, bu, bəzən məhkəmənin işinə çox böyük kömək edir. Çünki bizim məqsədimiz obyektiv gerçəkliyi müəyyən etmək, düzgün, ədalətli qərar verməkdir. Ona görə də iş üçün əhəmiyyət kəsb edən bütün mötəbər sübutları qəbul edirik”, – deyə hakim qeyd edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bakı-Naxçıvan təyyarə reyslərinin sayı artırıldı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu…

Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı danışıqlara başlayıb

Ukraynadakı münaqişənin həlli ilə bağlı avqustun 6-dək davam edəcək danışıqlar başlayıb. Məlumata…

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin verilməsi QAYDASI dəyişir

Azərbaycanda avtomobillərin idarə edilməsi üçün etibarnamənin zəruriliyi tələbi aradan qaldırıla bilər. Konstitusiya…

İtaliya şirkəti Aİ-dən TAP-ın genişləndirilməsi üçün maliyyə istəyib

İtaliyanın dövlət qaz şəbəkəsi operatoru “Snam” bəzi layihələri, o cümlədən Trans-Adriatik Qaz…

ABŞ-da daha bir bank bağlandı

ABŞ-da Kanzas ştatında fəaliyyət göstərən “Heartland Tri-State Bank” bağlanıb. Bu barədə Federal…