Xüsusi təyinatlı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslərlə daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə bağlanacaq. 

Banker.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu müqavilədə şəxslərin təhsilini başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi nəzərdə tutulacaq. Təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi müəyyənləşəcək.

Qeyd olunan müqavilənin forması və çəkilmiş xərclərin hesablanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı ali təhsil müəssisəsində bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulacaq.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Almaniya bu ilin birinci rübündə 5 milyard avroluq silah ixracını təsdiqləyib

Almaniya hökuməti 2024-cü il yanvarın 1-dən martın 27-dək xaricə 4,89 milyard avro…

İlham Əliyev bu şəxslərlə bağlı fərman imzaladı

Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası…

Seçki məntəqələri ilə bağlı qərar verildi

07 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı cari ilin…

“PAŞA Property Management” şirkətində yeni Baş icraçı direktor təyin edilib

“PAŞA Property Management” şirkətinin Baş icraçı direktoru (СEO) vəzifəsinə Elçin Qədimov təyin…

Gələn ilin əvvəllərində itkin düşmüş şəxslərin qeydiyyatı siyahısında dəyişiklik ediləcək

İlin sonu və ya gələn ilin əvvəllərində itkin düşmüş şəxslərin qeydiyyatı siyahısında…