Norveç Avropa İttifaqının (Aİ) Moskvaya qarşı daha əvvəl tətbiq etdiyi 11-ci sanksiyalar paketinə qoşularaq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Sanksiyaların yeni raundu əsasən Aİ-nin 11-ci sanksiya paketinin tədbirlərinə uyğundur”, – nazirlikdən vurğulanıb.

Norveçin sanksiyalar paketi Rusiyanın hərbi və texnoloji potensialının artırılmasına və ya müdafiə və təhlükəsizlik sektorunun inkişafına töhfə verə biləcək mal və texnologiyaların Rusiya ərazisindən tranzitinə qadağa qoyulmasını nəzərdə tutur.

Məhdudiyyətlər, həmçinin aviasiya və kosmik sənaye məhsullarına, dəbdəbəli mallara, bəzi dəmir və polad növlərinə, həmçinin Rusiya qeydiyyatlı qoşqu və yarımqoşquların daşınmasına da tətbiq ediləcək.

Rəsmi Oslo, həmçinin anti-Rusiya sanksiyaları rejimindən yayınmaq üçün istifadə edilən ölkələrə də müəyyən malların və texnologiyaların ixracına məhdudiyyətlər qoymağa hazır olduğunu açıqlayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək. Banker.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin…

Vətən müharibəsindən sonra 350 nəfər mina qurbanı olub – XİN

Ermənistan tərəfinin vaxtilə işğal etdiyi ərazilərimizdə yerləşdirdiyi minaların partlaması 2020-ci ildəki 44…

Azərbaycan bankları niyə regionlarda kredit vermək istəmirlər?

Azərbaycan bankları ölkənin regionlarında kredit verməyə elə də həvəs göstərmirlər. Bunu Azərbaycan…

Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb

Yaponiya bir sıra Rusiya vətəndaşlarına və təşkilatlarına yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.…

Hindistan-Kanada münasibətləri gərginləşir

Hindistan və Kanada arasında münasibətlərdə gərginlik yaşanır. Hindistan ticarət və sənaye naziri…