Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində amerikalı milyarder İlon Maskın (Elon Musk) çıxışı gözlənilir.

Bunu bu gün Milli Məclisdə nazirlər və parlament üzvləri üçün tədbirdə çıxış edən Beynəlxalq Astronavtika Federasiyasının (IAF) keçmiş prezidenti Yan Yves Le Qall (Jean-Yves Le Gall) deyib.

Onun sözlərinə görə, çıxış onlayn olacaq və canlı yayımlanacaq:

“Mən IAF-ın prezidenti olanda hazırkı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Azərkosmos”a rəhbərlik edirdi və tez-tez müzakirələrimiz olurdu. Onun kosmik tədqiqatlarla bağlı müəyyən təşəbbüsləri, ideyaları var idi. Müxtəlif layihələr həyata keçirmək istəyirdi. Nəhayət 74-cü Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi qərara lındı. Azərbaycanda keçirilən Konqres əslində 2022-ci ildə olmalı idi. Amma pandemiya səbəbindən bir il yubandı.

Bu gün Rusiya-Ukrayna münaqişəsi də Rusiyanın ABŞ-la münasibətlərinə və kosmik həllərə təsir edib.

Biz həmçinin Çin və Birləşmiş Krallıq arasındakı münasibətlərə də fikir verməliyik. Təbii ki, bu da kosmik məsələlərə də təsir edir”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Rusiyaya qarşı sanksiyalar 6 ay müddətinə uzadıldı

Avropa İttifaqı (Aİ) Rusiya fərd və təşkilatlarına qarşı tətbiq etdiyi sanksiyaların 6…

Tikintilərin dövlət reyestrinə daxil edilməsi qaydası müəyyənləşib

Nazirlər Kabineti bununla bağlı “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin…

Türkiyə və Rusiya sənəd imzaladı

Ankarada Türkiyə-Rusiya Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın (KEK) 18-ci iclası baş…

Rəisi: İsrail “qırmızı xətləri” keçib

İsrail hər kəsi hərəkətə keçməyə vadar edəcək “qırmızı xətləri” keçib. Bu barədə…

Hindistan Rusiya almazlarını almağa davam edəcək

G7 ölkələrinin Rusiya almazlarının idxalını məhdudlaşdırmaq qərarı Hindistanın onları almasına mane olmayacaq.…