Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.

Bu barədə Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov bildirib.

Onun sözlərinə görə, səfər təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsi məqsədi daşıyır.

R.Məmmədov, həmçinin reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib.

Qeyd edək ki, ki, sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib. Görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub. Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi haqqında məlumat verib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

İlham Əliyev bu şəxslərlə bağlı fərman imzaladı

Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası…

Mərkəzi Bankın “AniPay”i ilə əməliyyatların həcmi ₼1 mlrd.-a çatıb

2020-ci ilin sonunda işə düşən “AniPay” ilə ödənişlərin həcmi 2023-cü ildə də…

Putin: Hərbi əməliyyatlar hər zaman faciədir, buna son qoymaq barədə düşünməliyik

“Rusiya Federasiyası heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib, hərbi əməliyyatlar…

Yeni təyin olunan nazir müavini kimdir?

Xəbər verdiyimiz kimi, Hidayət Əzimov Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub.…

Vilayət Eyvazov iki rayona yeni rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinatlar olub. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun…