İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirib.

Banker.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərracda Daşkəsən rayonunda yerləşən “Çovdar” (7 ha), Ağstafada “Yuxarı Salahlı” (22 ha), Tovuzda “Aşağı Zəyəmçay” (2 ha), Şəmkirdə “Aşağı Zəyəmçay” (4 ha), Şabranda “Gilgilçayın cənub-qərb cinahı” (18 ha), Siyəzəndə “Gilgilçayın cənub-qərb cinahı” (10 ha) və “Gilgilçay III” (2 ha), Qaxda “Kürmükçay” (18 ha), Qaradağda “Şahqaya” (3,7 ha) və “Şonqar” (7 ha), Tərtərdə “Söylən” (0,8 ha), İsmayıllıda “Bilistan II” (3,1 ha), Qəbələdə “Türyançay III” (4 ha) yataqları istifadəyə verilib.

Hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, “Türyançay III” qum-çınqıl yatağı üzrə təklif 8 000 manatdan 15 000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 118 382 manat olan “Çovdar” keramika xammalı yatağı 121 090 manata istifadəyə verilib.

Hərracın nəticələri ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür: //clck.ru/35tBqB

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Rusiya və Azərbaycan 2024-2026-cı illər üçün turizmə dair yol xəritəsini təsdiqləyib

Rusiya və Azərbaycanın baş nazirləri Mixail Mişustinlə Əli Əsədov arasında keçirilən danışıqların…

Azərbaycanda bu işçilər 3 500 manatdan çox maaş alır

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal…

Ermənistan Hindistandan anti-dron sistemi sifariş edib

Ermənistan Hindistandan anti-dron sistemi sifariş edib. Bu barədə İranın “ANA” saytı məlumat…

Bu qurumun işçiləri ilə bağlı Baş nazirdən QƏRAR

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) işçilərinin sayı 32-yə çatdırılıb. Banker.az xəbər verir…

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilir

Universal poçt rabitəsi xidmətlərinin tarifləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tərəfindən…