Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib.

Dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verilib.

Bildirildi ki, ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur.

Məlumat verilib ki, Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib. Kompleksin tikintisinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq olunub. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının da fəal iştirakı ilə tikinti işləri yüksək keyfiyyətdə və standartlara uyğun şəkildə aparılıb.

Kompleksin ərazisində yaşıllıq zonaları, yerüstü parklanma sahəsi mövcuddur. Mərkəzin binasının dam hissəsində günəş panelləri yerləşdirilib.

Gələcəkdə bu mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Gələn ay pensiyaların indeksləşdirilməsi 1.1 milyon şəxsə şamil ediləcək

Fevral ayında pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək. Bu…

Xəzərdə su fondu torpaqları və sahilboyu 20–50 metrlik zolaqdakı torpaqları Nazirlər Kabineti icarəyə verəcək

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin dibi də daxil olmaqla…

Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının səbəbini izah edib

“Ermənistan öz torpaqlarını qorumaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”. Bunu Ermənistanın baş…

Respublikaçılar Ukraynaya maliyyə yardımı paketi ilə bağlı şərt qoyub

ABŞ-da Senatdakı Respublikaçılar Partiyası Ukraynanın müdafiə ehtiyacları üçün maliyyə paketini dəstəkləməyə hazırdır,…

Nəqliyyat vasitələri əmlak vergisinə cəlb edilirmi?

Vergi qanunvericiliyinə görə nəqliyyat vasitələrinə əmlak vergisi tətbiq edilirmi? Banker.az Dövlət Vergi…