Bakı indi Avropa və Asiya şəhərlərinə büdcəli səyahət etmək üçün daha çox imkanlar təklif edir. Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aşağıbüdcəli aviaşirkətlərin sayı 15-ə çatıb.

Fins.az xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.

T.Həsənov qeyd edib ki, büdcəli səyahət edənlərin ehtiyaclarını ödəmək üçün daha çox aviaşirkətin cəlb edilməsi istiqamətində işlər fəal şəkildə davam etdirilir.

2023-cü ilin birinci yarısında Bakı hava limanına uçuşlar həyata keçirən aviaşirkətlərin sırasına “RedWings”, “WizzAir Malta”, “Flyadeal” və “Air Cairo” əlavə olunub. Bu gün Bakıdan Ankara, İstanbul, İzmir, Dubay, Şarja, Dammam, Ciddə, Ər-Riyad, Əbu-Dabi, Aktau, Tel-Əviv, Budapeşt, Roma və s. kimi müxtəlif şəhərlərə aşağıbüdcəli aviaşirkətlərlə səyahət etmək mümkündür.

“Bu məlumatlar yeni aviaşirkətlərin cəlb edilməsi və sərnişinlər üçün imkanların genişləndirilməsi istiqamətində gedən davamlı fəaliyyətimizi təsdiqləyir. 2019-cu ildən etibarən xarici aşağıbüdcəli aviaşirkətləri seçən sərnişinlərin sayı 29%-ə yüksəlib. Biz bundan sonra da büdcəli səyahətlər üçün yeni perspektivlər açmağa və Bakını daha da əlçatan və cəlbedici turizm məkanına çevirməyə davam edəcəyik”, – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru vurğulayıb.

Ölkəmizin regional hava limanlarını xarici aviaşirkətlərə baza aeroportu kimi təqdim etməyə hazır olduğunu bildirən Teymur Həsənov qeyd edib ki, bu aeroportların imkanlarından istifadə edilməsi istiqamətində addımlar atılır, bu da Azərbaycana/Azərbaycandan yeni istiqamətlərin açılmasına töhfə verir.

“Azərbaycanın beynəlxalq hava limanlarına yeni aviadaşıyıcıların cəlb edilməsi ölkədə beşinci və yeddinci qrup hava azadlığının fəaliyyəti çərçivəsində baş verir. Bu qruplar xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar və Azərbaycan hava limanları vasitəsilə tranzit reyslər həyata keçirmək imkanı təklif edir”, – deyə o vurğulayıb. 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Qeyri-neft ÜDM-də payı 26,6%-ə yüksəlib – <span style="color: #ff0000;">Mikayıl Cabbarov – FOTO</span>

Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. Fins.az xəbər…

“Azəriqaz”ın baş direktoru öz təcrübəsini “Gənc istedadlar”la bölüşdü

SOCAR-ın yeni layihəsi olan “Gənc istedadlar” proqramının “Azəriqaz” İstehsalat Birliyi (IB) üzrə…

“SOCAR Türkiyə”nin investisiyalarının həcmi artıb

“SOCAR Türkiyə” şirkəti Türkiyədə ən böyük birbaşa xarici investordur. Bütün dünya üçün…

ASCO-da Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində Ümumdünya Əməyin Mühafizəsi Günü…

Meksika telekanalında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolundan bəhs olunub

Meksikanın aparıcı xəbər telekanalı olan “Milenio”da yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı…