İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2023-cü ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edir.

Fins.az xəbər verir ki, cari ilin ilk 6 ayı ərzində dövlət tibb müəssisələrinə 3,3 milyon şəxs 11 milyona yaxın müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 34%-i icbari tibbi sığortadan yararlanıb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmət sayı 32 157 216  olub. Tibbi xidmətlərin 85 %-i ambulator, 15 %-i stasionar şəraitdə göstərilib.

Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində 104 tibb müəssisəsinin olduğunu nəzərə alaraq sözügedən müddət ərzində göstərilən tibbi xidmətlərin böyük hissəsi mərkəzin payına düşür.

Daha sonra ən çox tibbi xidmət göstərən 5 dövlət tibb müəssisəsinin siyahısında Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Nərimanov Tibb Mərkəzi və Kliniki Tibbi Mərkəz yer alır.

Ən çox müraciət edilən xəstəliklər sırasında isə ilk yerdə ümumi tibbi müayinə, tənəffüs, endokrin, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir.

Müqaviləli tibb müəssisələrində göstərilən xidmətlər

TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara Agentliyin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Cari ilin yanvar-iyun aylarında vətəndaşlara 142 166 göndəriş verilib.

Bu ilin yanvar-may ayları üzrə göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 55 393 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 1 042-si uşaqlara, 54 351-i isə böyüklərə göstərilib.

Sözügedən əməliyyat və prosedurlardan:

  • 18 251-ni oftalmoloji;
  • 16 342-ni ürək-damar;
  • 12 547-ni invaziv radiologiya xidmətləri;
  • 2589-nu uroloji;
  • 1727-ni neyrocərrahiyyə üzrə xidmətlər təşkil edib.

İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 7 və 1574 olmuşdur.

Qeyd edək ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı cari ilin yanvar-iyun ayları üzrə davam edir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

AZAL Moldovanın paytaxtına biletlərin satışını açıq elan edir

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Moldovanın paytaxtı Kişineu şəhərinə biletlərin satışına başlayıb. Fins.az…

İqtisadiyyat Nazirliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Görüşdə iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər və qarşılıqlı investisiya qoyuluşlarının…

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Avqustun 30,31-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə…

ABŞ-ın kommersiya neft ehtiyatları əhəmiyyətli dərəcədə azalıb

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 11 486 min barel…

Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

10 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının…