Dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Volkswagen, Çinin elektrik avtomobil istehsalçısı XPeng-ə 700 milyon dollar sərmayə qoymağı planlaşdırdığını açıqladı.

Fins.az “Bloomberg”ə istinadən xəbər verir ki, Çin bazarında gücünü artırmağı hədəfləyən Alman avtomobil nəhəngi Xpeng-in səhmlərinin 4,99 faizini alacaq.

Müqaviləyə əsasən, VW və XPeng Çin bazarı üçün VW brendi altında elektrik avtomobilləri istehsal edəcək.

Çinin elektrikli avtomobil istehsalçısı Xpeng-ə təxminən 700 milyon dollar sərmayə qoyacağını açıqlayan Volkswagen Qrup, bu müqavilə ilə VW Çin avtomobil bazarında bazar payını artırmağı hədəfləyir.

Yeni elektrikli avtomobillər VW-nin Çinin Hefei şəhərindəki yeni inkişaf, innovasiya və təchizat mərkəzində istehsal olunacaq və avtomobillər Çində Volkswagen brendi altında satılacaq. Modellərin istehsalına 2026-cı ildə başlanacağı gözlənilir. VW, bu avtomobillərdə avtonom idarəetmə üçün Xpeng tərəfindən hazırlanmış proqram təminatından istifadə edəcəyini açıqladı.

Zəminə Hüseyn
Fins.az

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Qeyri-neft ÜDM-də payı 26,6%-ə yüksəlib – <span style="color: #ff0000;">Mikayıl Cabbarov – FOTO</span>

Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. Fins.az xəbər…

ASCO-da Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində Ümumdünya Əməyin Mühafizəsi Günü…

“Azəriqaz”ın baş direktoru öz təcrübəsini “Gənc istedadlar”la bölüşdü

SOCAR-ın yeni layihəsi olan “Gənc istedadlar” proqramının “Azəriqaz” İstehsalat Birliyi (IB) üzrə…

“SOCAR Türkiyə”nin investisiyalarının həcmi artıb

“SOCAR Türkiyə” şirkəti Türkiyədə ən böyük birbaşa xarici investordur. Bütün dünya üçün…

Meksika telekanalında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolundan bəhs olunub

Meksikanın aparıcı xəbər telekanalı olan “Milenio”da yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı…