“Kristal 2008” şirkətinin təsisçisi və direktoru Azad Cəfərovun Fins.az-a müsahibəsi.

 

“Kristal 2008” şirkəti haqqında məlumat verərdiniz.

 

– “Kristal 2008” adından da bəlli olduğu kimi 2008-ci ildə fəaliyyətə başlayıb. Adının Kristal olması isə “kristal” sözünün təmiz, şəffaf anlamına görədir. Şirkəti ilk qurduğumuz vaxtlar çox ağır günlərdən keçmişik. Şükürlər olsun ki, bu gün ölkədə tanınan loqistika- nəqliyyat şirkətlərindən biriyik. İşlərin yeni başlandığı zaman 2 nəfərdən ibarət idik. Hazırda isə 90-a yaxın rəsmi işçilərimiz var. Bu neçə il müddətində təcrübəmiz getdikcə artıb. Təbii ki, bununla da kifayətlənmək istəmirik. Daim inkişaf etmək, iləri getmək, nəqliyyat vasitələrimizin sayını artırmaq, parkımızı yeniləmək və daha da böyümək istəyirik.

 

 

Şirkətiniz beynəlxalq yükdaşıma və nəqliyyat sahəsində xeyli inkişaf edib. Ölkədən hansı məhsulların daşınmasına təlabat var? Fiziki və hüquqi şəxslər hansı məhsulların daşınmasını istəyir?

 

– Son illər əgər söhbət ixracdan gedirsə, kənd təsərrüfatı məhsullarında cənab Prezident İlham Əliyevin dəstəyi nəticəsində çox güclü inkişaf gedir. Əvvəlki illərə baxanda ən çox 3-cü ölkəyə daşıma edirdiksə, hazırda bir çox ölkələrə daşınma həyata keçiririk. Fiziki şəxslər də ən çox kənd təsərrüfatı, qeyri-neft sektoru və başqa bu kimi məhsulların loqistik xidmətlərin təmin olunmasını istəyir. Hüquqi şəxslər üçün də daşınmalarımız var və günü-gündən artır. 2-3 il əvvəl Azərbaycanda 4 min civarında yükdaşımada nəqliyyat vasitəsi var idisə, bu gün artıq bu rəqəm 10 minə yaxınlaşır. Təlabat çoxluğundan nəqliyyat vasitəsi də artır. Qeyri- neft sektorunda da sürətli inkişaf gedir. İndi ümidimizi Zəngəzur dəhlizinə bağlamışıq. Dəhliz açılandan sonra xərcimiz kifayət qədər azalacaq, yüklərimizin sayı da getdikcə artacaq.

 

 

Yüklərin ABŞ-dan, Çin-dən, Avropadan Azərbaycana və əks istiqamətdə olan daşınmasına zəmanət verdiyinizi bilirik. Maraqlıdır, Cənubi Qafqazda müstəqil ölkələrdən dənizə çıxışı olan Gürcüstan və Azərbaycandır. Gürcüstan Qara dəniz sahilində yerləşdiyi üçün okeana və dünya ölkələrinə çıxışı var. Azərbaycanın isə Xəzər dənizinə çıxışını və tranzit ölkə olduğunu nəzərə alaraq, üstəlik də Qarabağın işğaldan azad olubmasından sonra Zəngəzur dəhlizi kimi yeni alternativ yol müəyyən olunub. Məsələn, elə Çindən gələn məhsullar dünya ölkələrinə Gürcüstan yolu ilə, yoxsa Zəngəzur dəhlizi ilə getməlidir? Ümumiyyətlə, bu məsələni necə dəyərləndirirsiniz?

 

– Qeyd etdiyiniz kimi, bugünkü gündə Gürcüstan yolu ilə yükdaşıma işlərini həyata keçirmək məcburiyyətindəyik. Gürcüstan ərazisindən istifadə etdiyimiz üçün xəcrlərimiz kifayət qədər artır. Tranzit ödəniş, digər rəsmi ödənişlər… Gürcüstan tərəfindən bizə qoyulan məhdudiyyətlər çoxdur. Məsələn, Azərbaycandan Türkiyəyə gedəndə yanacaq məhdudiyyəti olur. Bu məsələni dəfələrlə işıqlandırmaq istəmişik. “AYNA” və “ABAD” da dəfələrlə müraciətlər edib. Amma yenə də bu məsələ öz həllini tapmayıb. Zəngəzur dəhlizinin açılması ilə bizim xərclərimiz kifayət qədər azalacaq. Xərclərlə yanaşı həmçinin vaxtımıza da qənaət olacaq. Beynəlxalq yükdaşımada əsas məsələlərdən biri də vaxtdır. Zəngəzur dəhlizinin açılması ilə A nöqtəsindən B nöqtəsinə məhsulu qısa müddətdə çatdıra biləcəyik. Gürcüstan istiqamətində sıralar həddən artıq çox olur. Bütün bunların azalması üçün həm də dediyiniz kimi, Azərbaycan da tranzit ölkə olduğu üçün Zəngəzur dəhlizi kimi alternativ yol açılması bizim üçün böyük şansdır. Xüsusilə də Rusiya-Ukrayna hadisələrindən sonra ölkəmizə təlabat dəhşətli dərəcədə artıb. Həm də bizim 3-cü bir ölkədən istifadə edib, oradan yüklərin gətirilməsi üçün digər ölkələrlə bu sahədə rəqabət apara bilmirik. Bunun da səbəbi xərclərimizin çox olmasıdır. Amma dəhliz

açılandan sonra Gürcüstan ərazisində çəkdiyimiz xərclə daşınmanın qiymətini azalda bilərik. Beləliklə, digər ölkələrlə də çox asanlıqla rəqabət apara bilərik.

 

– Müxtəlif növ yüklərin istənilən istiqamətdə daşınması üçün ən çox hansı optimal sayılacaq yoldan istifadə olunur?

 

– Təbii ki, daha sərfəli olan yüklərin daşınması üçün quru yoldur. Quru yol deyəndə nəqliyyat vasitəsi ilə daşınma nəzərdə tutulur. Bu sahədə ən çox kənd təsərrüfatı məhsullarının vaxtında, tez, operativ, münasib qiymətə digər ölkələrə çatdırılması iş adamlarımıza şərait yaradır ki, bazarda olan digər ölkələrin məhsullarından normal şəkildə rəqabət apara bilsin.

 

 

– Yükdaşıma şirkətləri arasında təlabat və keyfiyyət göstəriciləri hansı kriteriyalara əsasən müəyyən olunur?

 

– Yükdaşıma şirkəti olaraq məsuliyyətimiz çox böyükdür. İxracda kənd təsərrüfatı məhsulları, idxalda isə əsasən süd məhsulları daşıyırıq. Nəqliyyat vasitələrimizin hər birində GPS qurğusu yerləşdirilib. 1 nəfər işçi məhz bu işə baxır ki, 24 saat ərzində temperatur göstəricilərinə nəzarət edir. Bildiyiniz kimi, biz həm də ISO Beynəlxalq Standartlaşdırma Təşkilatının Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı ilə təmin olunmuşuq. Bu elə dövrdür ki, daşıyıcı şirkət öz partnyoru qarşısına keyfiyyətli servis qoymasa, həmin partnyor şirkətlə işləməz.

 

– Tariflər necə müəyyən olunur və xərclər necə tənzimlənir?

 

– Daşınma xərclərini nəzərdə tutursunuzsa, tariflər bazar iqtisadiyyatına aiddir. Daşınma qiymətlərini biz yox, bazar özü tənzimləyir. Bizdən asılı olmayaraq, bu prosesdə qiymətləri azalda da, yüksəldə də bilərlər. Nəqliyyat vasitələrinin xərcləri isə artıq neçə illik təcrübəmizə görə bilirik ki, A nöqtəsindən B nöqtəsinə gediş haqqı hesablanır. Bunu ekspedisiya şöbəsi hesablayır. Sürücünün əmək haqqından tutmuş, nəqliyyat vasitələrinin vergisinə qədər bu və bütün digər xərcləri hesablayıb, bundan sonra qiymət çıxarılır ki, bazar qiymətlərinə uyğun olaraq müştəriyə təklif olunsun.

 

– Sahibkarlar loqistika sahəsində hansı problemlərlə üzləşirlər? Ümumiyyətlə, sahibkar olaraq sizi loqistika sahəsində nə kimi problemlər narahat edir?

 

– Bundan əvvəlki suallardan birində 4 mindən 10 minə nəqliyyat vasitəsinin sayını nümunə göstərdim. Rəqəmin artması olduqca yaxşı haldır. Hər bir dövlət məhsulu öz daşıyıcısı tərəfindən daşımasını istəyər. Həm ölkədən valyuta çıxmasın, həm də ölkəyə valyuta axını olsun. Təəssüf ki, bizdə rəqəmin artması ilə bu işdən anlayışı olmayanlar bizə problem yaradır. Məsələn, satınalmada hər hansısa bir şirkət tender keçirdirsə, buraya olan dəvətlər də çox olur. Dəvət olunanların çoxu fiziki şəxslərdir. Amma anlayışı olmayan şəxslər hesabatlarını düzgün aparmayıb, qiymətin aşağı düşməsinə səbəb olur. Bu qədər xərclə qiymət də aşağı düşsə, infilyasiya günü-gündən daha çox baş verər. Bu zaman gəlir azalır, xərc isə çoxalır. Buna da tab gətirə bilməyib, bazarda fəaliyyətini dayandırmalı olurlar. Biz rəsmi olaraq fəaliyyət göstərdiyimiz üçün vergi, maaşlar və başqa bu kimi xərclərimiz var. Amma yeni

başlayanlar bütün bu xərcləri nəzərə almayıb qiyməti aşağı saldıqda, bu, bizə də birbaşa təsir edir. Rəsmi işlədiyimiz halda bu cür qiymətlər müəyyən problemlərə səbəb olur.

 

 

– Postpandemiya dövründən sonra loqistikanın inkişafındakı dəyişikliklər və ya yeniliklər nələr oldu?

 

– Pandemiya dövründə yeganə sahə beynəlxalq yükdaşıma sahəsi oldu ki, işlərimiz dayanmadı. İqtisadiyyat Nazirliyi, Nazirlər Kabineti və başqa qurumlarla görüşlər oldu. Dövlətimizin də bizə böyük dəstəyi oldu. Nazirlər Kabinetinin qərarı ilə işçilərin əmək haqqına əlavə köçürülmələr oldu. Bu zaman ərzində beynəlxalq yükdaşıma dayansaydı, inanın ki, həyat dayanardı. Ərzaq qıtlığını aradan qaldırmaq üçün ölkələr anbarlara yükdaşıma edirdilər və bu da bizim işimizin artması demək idi. İşimizin artmasından da istifadə etdik və əldə etdiyimiz qazanclardan yeni nəqliyyat vasitələri aldıq.

 

Leyla Fikrətqızı

Fins.az

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

“Sahibkarların çoxu maliyyə hesabatlarının auditinin aparılmasına ehtiyac duymur” – <span style="color: #ff0000;">AÇIQLAMA – FOTO</span>

“Biznes əsasən çevikliyi tələb edir. Müştərinin reaksiyasına nə qədər çevik cavab verdinsə,…

Zəlzələ evlərinin 319 mini ilk 1 il içində təhvil veriləcək – <span style="color: #ff0000;">Ərdoğan</span>

İnşaat və bərpa işlərimiz tam sürətlə davam edir. İnşallah oktyabr-noyabr aylarından etibarən…

<span style="color: #ff0000;">Prezident İlham Əliyev Bərdə rayonuna səfər edib</span>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdə rayonuna səfər edib. Fins.az…

Fit quruluş Lina fit çayı ilə

Sizin daha sağlam immunitetə və mükəmməl bədən quruluşuna sahib olmağınız üçün bütün…

Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 39 % artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 19,3 milyon manat vəsait…