Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində Füzuli rayonunda aqrar sahədə fəaliyyət göstərən və layihəyə müraciət edən qadın fermerlərə dəstək göstərilib.

Fins.az xəbər verir ki, təsərrüfatlarının inkişafı üçün dəstək göstərilən qadın fermerlərlə 6 saylı Qayıdış qəsəbəsində yerləşən fermer təsərrüfatında görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, Füzuli Rayon İcra Hakimiyyətinin və rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər. Görüşdə çıxış edən natiqlər AFAQ layihəsinin qadın fermerlərin aqrar fəaliyyətlərində böyük rol oynadığını, eyni zamanda regionlarda ailə təsərrüfatlarının inkişafına dəstək göstərdiyini vurğulayıblar.

AFAQ layihəsi çərçivəsində göstərilən budəfəki dəstək tədbirindən Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Merdinli, Horadiz, Yuxarı Əbdürrəhmanlı, Hüseynbəyli və Yuxarı Veysəlli kəndlərindən olan ümumilikdə 16 qadın fermer faydalanıb. Qadın fermerlərin müraciətləri əsasında təsərrüfatlara baxış keçirilib, qiymətləndirmə sorğuları aparılıb, həmçinin qadın fermerlərə fəaliyyət sahələrinə uyğun təlimlər keçirilib. Qiymətləndirmə sorğularına əsasən, qadın fermerlər təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları (havalandırma avadanlığı, toyuqyolan aparat, 3 aylıq toyuq yemi, yem və su qabları, kompüter və s.) və aktivlərlə (hər birinə 100 ədəd olmaqla ümumilikdə 1600 yumurtalıq toyuq) təmin olunublar.

Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər.

Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bugünədək layihəyə 1350-yə yaxın müraciət daxil olub, layihə kriteriyalarına cavab verən 274 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 177 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində 318 qadın fermer nəzəri və praktiki təlimlərdə iştirak edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Qeyri-neft ÜDM-də payı 26,6%-ə yüksəlib – <span style="color: #ff0000;">Mikayıl Cabbarov – FOTO</span>

Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. Fins.az xəbər…

ASCO-da Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində Ümumdünya Əməyin Mühafizəsi Günü…

“Azəriqaz”ın baş direktoru öz təcrübəsini “Gənc istedadlar”la bölüşdü

SOCAR-ın yeni layihəsi olan “Gənc istedadlar” proqramının “Azəriqaz” İstehsalat Birliyi (IB) üzrə…

“SOCAR Türkiyə”nin investisiyalarının həcmi artıb

“SOCAR Türkiyə” şirkəti Türkiyədə ən böyük birbaşa xarici investordur. Bütün dünya üçün…

Meksika telekanalında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolundan bəhs olunub

Meksikanın aparıcı xəbər telekanalı olan “Milenio”da yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı…