İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Gülnar Ağazadə ilə mentorluq proqramına başlayıb.

DVX-dən Fins.az-a verilən məlumata görə, mentorluq proqramı layihə çərçivəsində qaliblərin şəxsi inkişafı üçün tətbiq edilir və rəhbəredici şəxslərlə birgə işləməyi nəzərdə tutur. Görüş zamanı DVX rəisi İqtisadiyyat Nazirliyinin idarəçi potensiala malik kadr ehtiyatı bankının yaradılmasında, intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan gələcək rəhbər şəxslərin müəyyənləşdirilməsi və dəstəklənməsində “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətini vurğulayıb, qaliblə şəxsi inkişaf təcrübəsini bölüşüb, qarşıdakı dövr üçün onun mövcud potensialının inkişafı, liderlik keyfiyyətləri, peşəkarlıq vərdişləri, bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün atılacaq zəruri addımları diqqətə çatdırıb. Gülnar Ağazadə fərdi inkişaf proqramı üçün təşəkkürünü bildirib, mentorluq proqramının və nazirliyin yuxarı menecerlərindən zəruri bilik və bacarıqlar əldə etməyin şəxsi idarəetmə bacarıqlarının inkişafına töhfə verəcəyini vurğulayıb.

Görüşdə proqram qalibinin şəxsi inkişaf təcrübəsi ilə bağlı sualları cavablandırılıb, uğurlu idarəçi kadrlar üçün zəruri olan bacarıqlar, peşəkar vərdişlər, idarəetmədə tətbiq edilən müasir alətlər, nəticəyönümlülük, qərarların qəbulu zamanı vacib yanaşmalar müzakirə olunub. DVX rəisi proqram çərçivəsində gediləcək birgə yolun, nəticələrin qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.

Mentorluq proqramı çərçivəsində qalib şəxslə 1 il müddətində mütəmadi görüş və müzakirələrin keçirilməsi planlaşdırılır.

Fuad Mədətov
Fins.az

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Qeyri-neft ÜDM-də payı 26,6%-ə yüksəlib – <span style="color: #ff0000;">Mikayıl Cabbarov – FOTO</span>

Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. Fins.az xəbər…

ASCO-da Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində Ümumdünya Əməyin Mühafizəsi Günü…

“SOCAR Türkiyə”nin investisiyalarının həcmi artıb

“SOCAR Türkiyə” şirkəti Türkiyədə ən böyük birbaşa xarici investordur. Bütün dünya üçün…

“Azəriqaz”ın baş direktoru öz təcrübəsini “Gənc istedadlar”la bölüşdü

SOCAR-ın yeni layihəsi olan “Gənc istedadlar” proqramının “Azəriqaz” İstehsalat Birliyi (IB) üzrə…

Meksika telekanalında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolundan bəhs olunub

Meksikanın aparıcı xəbər telekanalı olan “Milenio”da yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı…