Vətəndaşların sahibkarlıq fəaliyyətinə güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı və s. məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Fins.az xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən, güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, infrastruktur və s. məsələlərlə bağlı olub. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı izahat verilib, araşdırma tələb edən müraciətlər isə qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə baxılması üçün qeydiyyata alınıb.

Naziri müavini Sahib Ələkbərov Masallı Sənaye Məhəlləsində taxta məmulatları, mətbəx və uşaq mebeli, xovlu xalça, qadın və kişi üst geyimləri, döşək və metal yay hissələri istehsalı müəssisələrinin fəaliyyəti ilə də tanış olub.

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Qeyri-neft ÜDM-də payı 26,6%-ə yüksəlib – <span style="color: #ff0000;">Mikayıl Cabbarov – FOTO</span>

Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. Fins.az xəbər…

ASCO-da Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində Ümumdünya Əməyin Mühafizəsi Günü…

“Azəriqaz”ın baş direktoru öz təcrübəsini “Gənc istedadlar”la bölüşdü

SOCAR-ın yeni layihəsi olan “Gənc istedadlar” proqramının “Azəriqaz” İstehsalat Birliyi (IB) üzrə…

“SOCAR Türkiyə”nin investisiyalarının həcmi artıb

“SOCAR Türkiyə” şirkəti Türkiyədə ən böyük birbaşa xarici investordur. Bütün dünya üçün…

Meksika telekanalında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolundan bəhs olunub

Meksikanın aparıcı xəbər telekanalı olan “Milenio”da yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı…