Turizm şirkəti sadələşdirilmiş vergiödəyicisi kimi xaricdəki tur operatordan otel nömrəsi alır. Şirkət bu əməliyyata görə vergi ödəməlidirmi?

Fins.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-rezident tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda göstəriləcək otel xidmətlərinə görə ona ödənilən məbləğlər Azərbaycan mənbəyindən gəlir hesab olunmadığından ödəmə mənbəyində vergiyə və ƏDV-yə cəlb edilmir. Eyni zamanda, qeyd olunan halda vergiödəyicisi tərəfindən müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim edilmir.

Belə ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.

Eyni zamanda Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Qeyri-neft ÜDM-də payı 26,6%-ə yüksəlib – <span style="color: #ff0000;">Mikayıl Cabbarov – FOTO</span>

Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. Fins.az xəbər…

ASCO-da Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində Ümumdünya Əməyin Mühafizəsi Günü…

“Azəriqaz”ın baş direktoru öz təcrübəsini “Gənc istedadlar”la bölüşdü

SOCAR-ın yeni layihəsi olan “Gənc istedadlar” proqramının “Azəriqaz” İstehsalat Birliyi (IB) üzrə…

“SOCAR Türkiyə”nin investisiyalarının həcmi artıb

“SOCAR Türkiyə” şirkəti Türkiyədə ən böyük birbaşa xarici investordur. Bütün dünya üçün…

Meksika telekanalında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolundan bəhs olunub

Meksikanın aparıcı xəbər telekanalı olan “Milenio”da yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı…