Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 219 sifariş qəbul edilib, 21 nəqliyyat vasitəsi satılıb.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsus nəqliyyat vasitələrinə ümumilikdə 219 sifariş qəbul edilib, 21 nəqliyyat vasitəsi satılıb. Əksər avtomobillər üzrə hərrac rəqabətli olub. Belə ki, “Hyundaı İX-35” markalı avtomobilin start qiyməti 16.000 manat olsa da, son təklif 20.500 manata yüksəlib. Bundan başqa, 2.500 ilkin satış qiyməti ilə təklif edilən “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi 17.200 manata satılıb.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/3547Fw linki vasitəsilə  tanış olmaq mümkündür.

Məlumat üçün bildiririk ki, növbəti hərrac iyulun 25-də keçiriləcək. Hərraca ümumilikdə 6 səhmdar cəmiyyətin səhm paketi, 7 kiçik dövlət müəssisəsi və obyekti, 41 nəqliyyat vasitəsi çıxarılacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Qeyri-neft ÜDM-də payı 26,6%-ə yüksəlib – <span style="color: #ff0000;">Mikayıl Cabbarov – FOTO</span>

Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. Fins.az xəbər…

ASCO-da Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində Ümumdünya Əməyin Mühafizəsi Günü…

“SOCAR Türkiyə”nin investisiyalarının həcmi artıb

“SOCAR Türkiyə” şirkəti Türkiyədə ən böyük birbaşa xarici investordur. Bütün dünya üçün…

“Azəriqaz”ın baş direktoru öz təcrübəsini “Gənc istedadlar”la bölüşdü

SOCAR-ın yeni layihəsi olan “Gənc istedadlar” proqramının “Azəriqaz” İstehsalat Birliyi (IB) üzrə…

Meksika telekanalında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolundan bəhs olunub

Meksikanın aparıcı xəbər telekanalı olan “Milenio”da yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı…