İyulun 17-də Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, AzFinance İnvestisiya Şirkəti və Azərbaycan Respublikasının Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yerli şirkətlər üçün “Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq” mövzularında onlayn sertifikatlı təlim keçirilib.

 

BFB-dan Fins.az-a verilən məlumata görə, təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası və AzFinance İnvestisiya Şirkətinin əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib.

 

Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

 

Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və KOBİA ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.

 

Təlimlə bağlı suallarınız olarsa [email protected] elektron poçt ünvanı və ya (012) 498 98 20 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Qeyri-neft ÜDM-də payı 26,6%-ə yüksəlib – <span style="color: #ff0000;">Mikayıl Cabbarov – FOTO</span>

Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. Fins.az xəbər…

“Azəriqaz”ın baş direktoru öz təcrübəsini “Gənc istedadlar”la bölüşdü

SOCAR-ın yeni layihəsi olan “Gənc istedadlar” proqramının “Azəriqaz” İstehsalat Birliyi (IB) üzrə…

ASCO-da Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində Ümumdünya Əməyin Mühafizəsi Günü…

“SOCAR Türkiyə”nin investisiyalarının həcmi artıb

“SOCAR Türkiyə” şirkəti Türkiyədə ən böyük birbaşa xarici investordur. Bütün dünya üçün…

“Azərsu”: Sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə…