Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağstafa rayonuna səfər çərçivəsində Həzi Aslanov qəsəbəsinin sakinləri ilə görüşüb. Kənd meydanında keçirilən görüşdə sakinlərin üzləşdiyi çətinliklər, kəndin əkin və örüş sahələrində vəziyyəti, texnika təminatı və digər məsələlər müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyindən Fins.az-a bildirilib ki, sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib. Əsasən heyvandarlıqla məşğul olan sakinlərə nazirliyin balansında olan torpaq sahələrindən örüş yeri ayrılması barədə müraciət müsbət həll olunub, payızlıq və yazlıq əkinlər dövründə kəndə əlavə traktor və qoşquların ayrılması qərara alınıb.

Nazir Ağstafa rayonuna səfər çərçivəsində nazirliyin balansında olan müəssisələrə, Dilbaz Atçılıq Kompleksinə baş çəkib, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb. Həmçinin “Kur Fruit Company” şirkətinin Ceyrançöldə saldığı 150 hektar intensiv bağla və “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin fəaliyyəti ilə tanış olub. Təsərrüfatlarda keçirilən görüşlər zamanı aqrar məhsulların istehsalı, qablaşdırılması, emalı və ixracı ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətlərdə görüləcək işlərə nazirlik tərəfindən dəstək veriləcəyi bildirilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Qeyri-neft ÜDM-də payı 26,6%-ə yüksəlib – <span style="color: #ff0000;">Mikayıl Cabbarov – FOTO</span>

Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. Fins.az xəbər…

“Azəriqaz”ın baş direktoru öz təcrübəsini “Gənc istedadlar”la bölüşdü

SOCAR-ın yeni layihəsi olan “Gənc istedadlar” proqramının “Azəriqaz” İstehsalat Birliyi (IB) üzrə…

“SOCAR Türkiyə”nin investisiyalarının həcmi artıb

“SOCAR Türkiyə” şirkəti Türkiyədə ən böyük birbaşa xarici investordur. Bütün dünya üçün…

ASCO-da Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində Ümumdünya Əməyin Mühafizəsi Günü…

Meksika telekanalında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolundan bəhs olunub

Meksikanın aparıcı xəbər telekanalı olan “Milenio”da yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı…