Cəbrayıl şəhərində yeraltı sulardan istifadə olunacaq, artezian və subartezian quyuları qazılacaq.

Fins.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, artıq Cəbrayıl şəhərində su təchizatı ilə bağlı “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən layihə hazırlanıb: “Burada istifadə olunacaq suların anbarlara toplanması və paylanması üzrə şəbəkənin yaradılması ilə bağlı layihə işləri hazırdır. Şəhərdə tikinti işlərinə paralel olaraq bu işlərin də görülməsi nəzərdə tutulub. Növbəti mərhələdə isə hazırda layihələndirmə işləri aparılan Cəbrayıl rayonunun 3 kəndinin içməli su təchizatının aparılması məsələsi həyata keçiriləcək”.

“Azərsu” rəsmisi qeyd edib ki, sonra Cəbrayıl rayonunda tikiləcək digər yaşayış məntəqələrində Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olan sifarişlər əsasında su təchizatı və kanalizasiya infrastrukturunun layihəsi işlənib hazırlanacaq, mərhələli şəkildə icra olunacaq.

“Gələcəkdə rayon ərazisində vaxtı ilə mövcud olmuş artezianların və kəhrizlərin bərpası istiqamətində də işlərin görülməsi planlaşdırılır. Hazırda Cəbrayıl şəhərində xidmət aparan hərbçilərimizin, mülki şəxslərin içməli su təminatı ilə bağlı heç bir problem yoxdur”, – A. Cəbrayıllı deyib.

©report

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Qeyri-neft ÜDM-də payı 26,6%-ə yüksəlib – <span style="color: #ff0000;">Mikayıl Cabbarov – FOTO</span>

Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. Fins.az xəbər…

“Azəriqaz”ın baş direktoru öz təcrübəsini “Gənc istedadlar”la bölüşdü

SOCAR-ın yeni layihəsi olan “Gənc istedadlar” proqramının “Azəriqaz” İstehsalat Birliyi (IB) üzrə…

“Azərsu”: Sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə…

ASCO-da Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrində Ümumdünya Əməyin Mühafizəsi Günü…

İslahat könüllülərinin görüşü olub

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” Təşkilatının…