“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Çətin oyun olacağını gözləyirdik. Çempionatda ilk oyunlar çox çətin olur. Tam hazır deyilik. Yeni futbolçularımız var, onların çempionatımıza uyğunlaşmaq üçün müəyyən vaxt lazımdır. Rəqiblə bağlı da çətinlik çəkdik. Yeni futbolçuları var və oyun stillərinə bələd deyildik. Maksimum çalışdıq ki, komandamıza rəqibin futbolçuları haqda fərdi məlumat verək. Birinci hissədə həm külək həm də rəqibin təzyiqi oldu. İlk 20 dəqiqədə epizodlar versək də sonrakı dəqiqələrdə tarazlıq yaxladıq. Qoldan sonra daha rahat oynadıq. Sevinirəm ki, hücumçularım qol vurdu. Oyundan oyuna artıracağıq, artırmalıyıq da. Bu il çempionat çox gərgin olacaq. Hər xal vacibdir. 3 xal bizim üçün çox vacib idi. Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildirirəm”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bədii gimnastlarımız Portuqaliyada bürünc medala sahib olublar

Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilir. AZƏRTAC xəbər verir…

Heydər Əliyevin 100 illiyi münasibətilə Dubayda futvoley üzrə beynəlxalq turnir keçirilir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb…

“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna liderlik edir

Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunun birinci sessiyasına…

Cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku yarışı keçiriləcək

Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə…

Dünya kuboku yarışlarında qızıl medal qazanan gimnastımız Bakıya qayıdıb

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanan…