Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Komanda.az xəbər verir ki, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir.

Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar. Bu gün onlardan Füqan Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə 9-cu yeri tutub.

Əliyev təkanla qaldırma hərəkətində uğurlu çıxış edib. O, 179 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin gümüş medalını qazanıb.

Toplam 317 kq (138+179) nəticə göstərən Füqan yekun sıralamada 4-cü yeri tutub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bədii gimnastlarımız Portuqaliyada bürünc medala sahib olublar

Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilir. AZƏRTAC xəbər verir…

Heydər Əliyevin 100 illiyi münasibətilə Dubayda futvoley üzrə beynəlxalq turnir keçirilir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb…

Cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku yarışı keçiriləcək

Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə…

“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna liderlik edir

Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunun birinci sessiyasına…

Dünya kuboku yarışlarında qızıl medal qazanan gimnastımız Bakıya qayıdıb

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanan…