Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri baş tutub.

Komanda.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) 1/2 finalda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gəlib. Rəqib qələbə qazandığından, Azərbaycan təmsilçisi yarışı bürünc medalla başa vurub.

Qızların mübarizəsində isə İlkanə Əhmədova (+80 kq) Avropa birinciliyini 3-cü pillədə bitirib. Rumıniyalı Denisa Manu ilə döyüşdə uduzan boksçu bürünc medalla kifayətlənib.

32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyində final döyüşləri iyulun 30-da keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bədii gimnastlarımız Portuqaliyada bürünc medala sahib olublar

Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilir. AZƏRTAC xəbər verir…

Heydər Əliyevin 100 illiyi münasibətilə Dubayda futvoley üzrə beynəlxalq turnir keçirilir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb…

Cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku yarışı keçiriləcək

Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə…

“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna liderlik edir

Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunun birinci sessiyasına…

Dünya kuboku yarışlarında qızıl medal qazanan gimnastımız Bakıya qayıdıb

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanan…