“Neftçi”nin baş məşqçisi Adrian Mutu və yarımmüdafiəçi Eddi İsrafilov Bosniya və Herseqovinanın “Jelezniçar” klubuna qarşı səfərdə keçirəcəkləri UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüblər.

Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında rəqib barədə müsbət fikirlər səsləndirib:

“Bizi çox vacib oyun gözləyir. Çox yaxşı komandaya qarşı çıxış edəcəyik. “Jelezniçar”ın Minsk “Dinamo”su ilə matçına baxmışam, çox əzmkar komandadır. Bəzi oyunçularının individual üstünlüyü var. Əminliklə deyə bilərəm ki, bizə çox ağır olacaq. Amma biz Bosniya və Herseqovinaya qələbə üçün gəlmişik”.

44 yaşlı məşqçi qısa müddətdir “Neftçi”nin sükanı arxasına olmasına baxmayaraq, komandaya bələd olduğunu söyləyib: “10 gün ərzində hiss edirəm ki, oyunçular bütün tapşırıqlarımı həvəslə yerinə yetirirlər. “Fənərbağça” və Moskva “Spartak”ı ilə matçlardakı çıxışı da təhlil etmişəm, komandamın meydanda necə hərəkət etdiyini görmüşəm. Yeni oyunçuların gəlişini də gözləyirik ki, kollektiv komplektləşsin və balans yaransın”.

O, Sarayevoda güclü azarkeş önündə çıxış etməyin komandası üçün çətin olmayacağını düşünür: “Çoxlu təcrübəli oyunçularımız var. Belə atmosferdə oynamağa öyrəşiblər. Düşünmürəm ki, azarkeş təzyiqinin onlara təsiri olsun. “Jelezniçar”ı öz meydanında azarkeşləri dəstəkləyəcək. Bu, yerli publika üçün şou kimi ola bilər. Amma düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyik”.

Baş məşqçi Serbiyanın “Partizan” klubuna keçən braziliyalı hücumçu Saldanyanın yoxluğunda ön xətdə problem yaşayacaqlarına inanmadığını vurğulayıb: “Saldanya artıq keçmişdə qalıb. Onun haqqında danışmağa ehtiyac yoxdur. Saldanyanın gedişindən sonra komandaya yeni hücumçu cəlb olunacaq. Hazırda danışıqlar gedir. Saldanyanın gedişi komandamıza daha çox motivasiya verməlidir. O olmadan da, oyunlara köklənib, yolumuza davam etməliyik”.

Eddi İsrafilov isə bunları söyləyib: “Bizi çox ağır oyun gözləyir. Buna baxmayaraq, öz hədəfimiz var və bunun üçün mübarizə aparacağıq. Bakıya pozitiv nəticə ilə qayıdacağımıza inanıram”.

İyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bədii gimnastlarımız Portuqaliyada bürünc medala sahib olublar

Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilir. AZƏRTAC xəbər verir…

Heydər Əliyevin 100 illiyi münasibətilə Dubayda futvoley üzrə beynəlxalq turnir keçirilir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb…

Cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku yarışı keçiriləcək

Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə…

“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna liderlik edir

Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunun birinci sessiyasına…

Dünya kuboku yarışlarında qızıl medal qazanan gimnastımız Bakıya qayıdıb

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanan…