“İnter Mayami”nin həmsahibi Jorge Mas Şimali Amerika Liqa kubokunun “Atlanta” ilə matçından sonra (4:0) maraqlı açıqlama verib.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, o, Lionel Messinin Mayami təmsilçisinə keçməsindən sonra ABŞ-da futbolun iki hissəyə bölündüyünü söyləyib:

“Həmin təsnifat belədir: Messinin transferindən öncə ABŞ futbolu və Messinin transferindən sonra ABŞ futbolu”.

Argentinalı futbolçu “Atlanta” ilə matçda dubla imza atıb və komandasının qələbə qazanmasında böyük pay sahibi olub. Digər iki qolu isə Robert Teylor vurub.

Messi iyulun 15-də azad agent kimi “İnter Mayami”yə keçib. O, ABŞ klubu ilə 2025-ci ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bədii gimnastlarımız Portuqaliyada bürünc medala sahib olublar

Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilir. AZƏRTAC xəbər verir…

Heydər Əliyevin 100 illiyi münasibətilə Dubayda futvoley üzrə beynəlxalq turnir keçirilir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb…

Cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku yarışı keçiriləcək

Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə…

“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna liderlik edir

Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunun birinci sessiyasına…

Dünya kuboku yarışlarında qızıl medal qazanan gimnastımız Bakıya qayıdıb

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanan…