
“Sabah” klubundan ayrılan futbolçu Abdulaye Banın yeni komandası məlum olub.
Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasını Portuqaliyada davam etdirəcək.
Seneqallı oyunçu “Tondela” ilə anlaşıb. Onun müqaviləsinin müddəti 2024-cü ilin yayınadək nəzərdə tutulub.
Abdulaye Ba 2022/2023 mövsümündə “Sabah”da forma geyinib.