“Real”ın baş məşqçisi Karlo Ançelotti “Milan”la yoldaşlıq görüşündən sonra (3:2) yarımmüdafiəçi Çud Bellingemin çıxışı haqda danışıb.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçunun yaxşı oynadığını söyləyib:

“Bellingem yaxşı oynadı. Onun fərdi bacarıqları komandanın keyfiyyəti ilə üst-üstə düşür. Qarşıdakı mövsümdə Çud Bellingemin oyunundan həzz alacağıq”.

İtaliyalı mütəxəssis yarımmüdafiəçi Brahim Diasdan da söz açıb:

“Brahim 10 nömrə mövqeyində oynamaq bacarığına sahibdir. Onun qarşıdakı mövsümdə komanda üçün uğurlu olacağına inanıram”.

İspaniya klubu Kərim Benzemanın komandanı tərk etməsindən sonra ilk dəfə 4-3-1-2 taktiki sxemində oynayıb.

La Liqa təmsilçisi növbəti yoldaşlıq görüşü çərçivəsində iyulun 27-də “Mançester Yunayted”lə, “Milan” isə iyulun 28-də “Yuventus”la qarşılaşacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Azərbaycan millisinin üzvü Almaniya klubuna keçib

Azərbaycan millisinin badmintonçusu Eddi Reski Dviçao karyerasını Almaniyada davam etdirəcək. Komanda.az “Wn.de”…

Konfrans Liqası: “Beşiktaş”dan inamlı qələbə

Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Komanda.az xəbər…

Azərbaycan yığması <span class="red_color">9-cu pillədə</span>

Krakov-2023 III Avropa Oyunlarına yekun vurulduqdan sonra “Köhnə qitə”nin multi-idman yarışlarının ümumi…

“Bizim şansımız daha çoxdur” – Bojoviç

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sumqayıt”a…

Remzi klubunu dəyişə bilər

“Aston Villa”nın yarımmüdafiəçisi Aaron Remzi iş yerini dəyişə bilər. Komanda.az “Talksport”-a istinadən…