Yeni mövsümün hazırlığı çərçivəsində bu gün növbəti oyununu keçirən “Araz-Naxçıvan” “Dalğa Arena”da “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra Naxçıvan komandasının baş məşqçisi Azər Bağırov klubun saytına açıqlama verib:

“Hazırlığın ikinci həftəsinə başlamışıq. Bugünkü oyun da göstərdi ki, çətinliklərimizin bir hissəsi arxada qaldı. Futbolçular onlardan nə istədiklərimizi az da olsa, başa düşürlər. Heyətimiz də hələ komplektləşməyib. Bu gün 13 futbolçu ilə mübarizə apardıq. Təbii ki, hazırlığa gec başlamağımız bizi müəyyən qədər sıxır. Ancaq hər keçən gün irəliyə doğru addım atmış oluruq. Uşaqların fiziki baxımdan formaya düşməsi, məşqçilərin tapşırığını yerinə yetirməsi tədricən yaxşılaşacaq.

Komandaya son qoşulan hər iki legioner yaxşı təsir bağışladı. Onları izləyib heyətə dəvət etmişdik. Nuno Rodriqes bir aydan çoxdur məşq etməsə də, komandaya daha tez adaptasiya oldu. Vandersona bir qədər vaxt lazım olacaq. Ancaq meydanda varlığını hiss etdirirdilər. Bu isə hər ikisinin komandamıza kömək edəcək gücdə olduğunu göstərdi”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Araz Abdullayev yeni klubunda debüt etdi

Kosovo çempionatında 3-cü turun oyunları keçirilib. Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu…

“Vest Hem” mənə insan, futbolçu və kapitan olmağı öyrətdi”

“Vest Hem”dən ayrılan yarımmüdafiəçi Deklan Rays klubla və azarkeşlərlə vidalaşıb. Komanda.az klubun…

Azərbaycan millisindən Latviya ilə növbəti heç-heçə

Latviyada təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu ölkənin yığma…

Azərbaycan şahmatçısı 1/8 finala qələbə ilə başladı

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.…

Coşqunla Bəxtiyar Türkiyədə 4 cavabsız qola üzüldülər

Türkiyənin 1-ci liqasında 4-cü turun oyunları keçirilib. Komanda.az xəbər verir ki, azərbaycanlı…