“Bayern”in baş məşqçisi Tomas Tuxel “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameninin transfer olunmasını istəyir.

Komanda.az “Sport1”-ə istinadən xəbər verir ki, münhenlilərin baş məşqçisi hələ də klubun bu yay müdafiəyəmeyilli yarımmüdafiəçi alacağına ümid edir.

“Bayern” bir neçə namizədi nəzərdən keçirir. Bu yaxınlarda kluba Sofyan Amrabat (“Fiorentina”) və Edson Alvaresi (“Ayaks”) transfer etmək üçün müraciət edilmişdi. Lakin alman baş məşqçi Tçuamenini komandada görməyə üstünlük verir.

Hazırda 23 yaşlı oyunçunun Bundesliqa təmsilçisinə transferi ilə bağlı konkret danışıqlar aparılmır. Münhen klubunun rəhbərliyi bir neçə yarımmüdafiəçi komandadan ayrılacağı təqdirdə, fransalı futbolçunu almaq barədə ciddi düşünəcək.

“Real” bir il əvvəl Tçuameni üçün “Monako”ya 80 milyon avro ödəyib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bədii gimnastlarımız Portuqaliyada bürünc medala sahib olublar

Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilir. AZƏRTAC xəbər verir…

Heydər Əliyevin 100 illiyi münasibətilə Dubayda futvoley üzrə beynəlxalq turnir keçirilir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb…

Cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku yarışı keçiriləcək

Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə…

“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna liderlik edir

Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunun birinci sessiyasına…

Dünya kuboku yarışlarında qızıl medal qazanan gimnastımız Bakıya qayıdıb

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanan…