Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub.

Komanda.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə 7 çəkidə qaliblər müəyyənləşib.

67 kq

Həsrət Cəfərov qazaxıstanlı Din Qoşqara (12:3), rumıniyalı Mihay Mihuta (3:1) və koreyalı Hansu Ryuya (5:1) qalib gələrək finala yüksəlib. Həsrət həlledici görüşdə Avropa çempionatının finalında məğlub etdiyi gürcüstanlı Coni Xetsuriani ilə qarşılaşıb. Bu dəfə də rəqibindən güclü olan Cəfərov 6:1 hesablı qələbəylə turnirin baş mükafatına yiyələnib.

72 kq

Ülvü Qənizadə litvalı Kristupas Sleyvaya (6:0), türkiyəli Selçuk Cana (5:5) və qazaxıstanlı Daniyar Kalenova (5:1) qalib gələrək finala yüksəlib. Ancaq yarımfinal görüşündə çiynindən zaldığı zədə iranlı Seyid Söhrabiylə güləşməyə imkan verməyib və Qənizadə gümüş medalla kifayətlənib.

77 kq

Sənan Süleymanov amerikalı Riçard Perkinsə (3:1), finlandiyalı Conni Sarkkinenə (5:1) və gürcüstanlı Yuri Lomadzeyə (10:0) qalib gələrək finala yüksəlib. Sənan həlledici görüşdə amerikalı Kamal Beyi də 4:1 hesabıyla üstələyərək qızıl medalı boynundan asıb.

87 kq

Rafiq Hüseynov amerikalı Kayl Braunagelə (2:1) qalib gəlsə də, 1/8 finalda gürcüstanlı Qurami Xetsurianiyə (1:4) məğlub olub.

İslam Abbasov 1/8 finalda bolqarıstanlı Semen Novikova uduzub – 1:3. Rəqib finala yüksədiyi üçün Abbasov təsəlliverici görüşdə iştirak hüququ qazanıb və qazaxıstanlı Nursultan Tursinova qalib gəlib – 5:1. Ancaq bürünc medal uğrunda gürcüstanlı Qurami Xetsuriani gərgin mübarizə şəraitində keçən mübarizədən məğlub ayrılıb – 2:3.

97 kq

Murat Lokyayev 1/8 finalda avstriyalı Daniel Qastla 1:3 hesabıyla məğlub olub. Arif Niftullayev koreyalı Seunqyun Kimə (2:1) qalib gəlsə də, 1/4 finalda onun da yolunu Qastl kəsib – 1:5.

130 kq

Beka Kandelaki çexiyalı Marsel Albiniyə (11:2), finlandiyalı Konsta Maenpaeaeyə (4:1), koreyalı Minseok Kimə (2:1) və finlandiyalı Elias Kuosmanenə (3:1) qalib gələrək finala yüksəlib. Beka həlledici görüşdə iranlı Əmir Qasimimonjaziyə 1:3 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.

Sabah Şəriəti litvalı Romas Fridrikası sonuncu xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırsa da, zədələndiyi üçün 1/4 finalda iranlı Əliəkbər Yusifahmadçali ilə görüşə çıxmayıb.

Beləliklə, yunan-Roma güləşçilərimiz turniri 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub. Millimiz 140 xalla komanda hesabında yarışın qalibi olub. Macarıstan (113) ikinci, İran (98) isə üçüncü yeri tutub. Xatırladaq ki, bir gün öncə Murad Məmmədov (63 kq) qızıl, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

“Qarabağ”ın rəqibi müdafiəçisi ilə yeni müqavilə bağlayıb

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Almaniyanın “Bayer” klubu futbolçusu…

Azərbaycan millilərinin rəqibləri məlum oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının final mərhələsi 2025-ci ildə…

“Yuventus”un Kessye planı

“Yuventus” “Barselona”nın yarımmüdafiəçisi Frank Kessye ilə maraqlanır. İtaliya klubu futbolçunu birdəfəlik transfer…

“O, dünya səviyyəli oyunçudur, onunla oynamaq istərdim” – “Çelsi”nin müdafiəçisi

“Çelsi”nin müdafiəçisi Tiaqo Silva London klubuna keçə biləcəyi ilə bağlı xəbərlər yayıldıqdan…

“Qarabağ”ın rəqibindən yeni transfer

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniyanın “Olimpiya” klubu heyətini yeni…