“Vest Hem”dən ayrılan yarımmüdafiəçi Deklan Rays klubla və azarkeşlərlə vidalaşıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, London təmsilçisi ilə arzusunun həyata keçdiyini dilə gətirib və vidalaşmağın heç vaxt asan olmadığını diqqətə çatdırıb:

“Klubda keçirdiyim əsrarəngiz 10 il sona çatdı. Buna inana bilmirəm. “Vest Hem” həm meydançada, həm də kənarda həyatımın xüsusi hissəsi olub. Vidalaşmaq heç vaxt asan deyil.

Bu komanda ilə Avropa Konfrans Liqasının finalında inanılmaz gecə yaşadım. “Vest Hem” mənə insan, futbolçu və kapitan olmağı öyrətdi. Komandanın kapitanlıq sarğısını daşıdığım ilk gündən etibarən yalnız qürur hissi keçirdim. Avrokuboklarda qələbə qazanmaq mənim arzum idi və bunu bacardıq.

Azarkeşlərlə ünsiyyət mənim və ailəm üçün vacib məsələdir. Kluba gəldiyim ilk gündən mənimlə maraqlanmağa başladılar. Hər birinə minnətdaram! “Vest Hem”in xüsusi klub olduğunu hamı bilir. Gözəl xatirələr üçün təşəkkür edirəm! Hamınızı sevirəm!”

Rays rekord məbləğə – təxminən 105 milyon funt-sterlinqə “Vest Hem”dən “Arsenal”a keçib.

24 yaşlı futbolçu “çəkicdöyənlər”in yetirməsidir. İngiltərə millisinin üzvü 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb, beş qol vurub və dörd məhsuldar ötürmə edib. Həmçinin, o, mövsümü Avropa Konfrans Liqasının qalibi kimi da bitirib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Bədii gimnastlarımız Portuqaliyada bürünc medala sahib olublar

Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilir. AZƏRTAC xəbər verir…

Heydər Əliyevin 100 illiyi münasibətilə Dubayda futvoley üzrə beynəlxalq turnir keçirilir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb…

Cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku yarışı keçiriləcək

Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə…

Dünya kuboku yarışlarında qızıl medal qazanan gimnastımız Bakıya qayıdıb

Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanan…

“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turuna liderlik edir

Bakı şəhər halqasında keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunun birinci sessiyasına…