
“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirir.
Komanda.az kluba istinadən xəbər verir ki, “ağ-qaralar” yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında bu gün ilk məşqinə çıxacaq.
Məşq saat 18:00-dan etibarən “Smena” stadionunda keçiriləcək və “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq.