19 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüş keçirib.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Nazir Ceyhub Bayramov Azərbaycanla AŞ arasında əməkdaşlığın önəmini qeyd edib. Tərəflər hər iki tərəf üçün prioritet istiqamətlərdə müxtəlif proqramların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Azərbaycan ilə AŞ arasında mövcud Fəaliyyət Planı çərçivəsində texniki yardımların həyata keçirilməsinin vacib olduğu bildirilib.

 

Nazir, Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən həyata keçirilən hərbi-siyasi təxribatlar barədə qarşı tərəfə ətraflı məlumat verib.

 

Bölgədə hal-hazırda həyata keçirilən anti-terror tədbirinin əsas məqsədinin qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsi və qanunsuz rejimin buraxılması olduğu diqqətə çatdırılıb. Azərbaycanın mülki əhalini və obyektləri hədəf almadığı, yalnız qeyri-qanuni erməni silahlı birləşmələrini hədəf aldığı vurğulanıb.

 

Bununla yanaşı, Laçın yolu ətrafında səslənən iddiaların siyasi manipulyasiya olduğu qeyd edilib. Mövcud vəziyyətlə bağlı beynəlxalq təşkilatların və tərəfdaşların Azərbaycan tərəfindən məlumatlandırılmasına baxmayaraq, reallığı əks etdirməyən birtərəfli, qərəzli yanaşmanın nümayiş etdirilməsinin təəssüf doğurduğu müqabil tərəfin diqqətinə çatdırılıb.

 

Görüşdə, həmçinin gündəlikdə duran aktual məsələlər və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələr aparılıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…