Elm və Təhsil Nazirliyi (ETN) tələbə adı qazananlara müraciət edib.

 

ETN-dən Modern.az-a daxil olan müraciətdə deyilir:

 

“Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əsas yerləşmə, bakalavriat və rezidentura səviyyələrinin boş qalan yerlərinə isə əlavə yerləşmə üzrə qeydiyyat prosesi davam edir.

 

Qəbul olunmuş şəxslər //portal.edu.az/ sistemi üzərindən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

 

Qeydiyyat prosesi tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əsas yerləşmə üzrə 25 sentyabr saat 18:00-da, bakalavriat səviyyəsinin boş qalan yerlərinə əlavə yerləşmə üzrə 20 sentyabr saat 18:00-da, rezidentura səviyyəsinin boş qalan yerlərinə əlavə yerləşmə üzrə isə 18 sentyabr saat 18:00-da başa çatacaq”.

 

Qeyd edilib ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…