Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Modern.az xəbər verir ki, hadisə rayonun Alar kəndində baş verib.
Belə ki, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlu əkin sahəsində təsərrüfatla məşğul olarkən onu ildırım vurub. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb
Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.