Ermənistanın iyunun 15-də Azərbaycanın tikdiyi Həkəri körpüsündə, Azərbaycanın suveren ərazisində bayrağımızı ucaldan sərhədçilərimizə atəş açmasının baş nazir Nikol Paşinyanın Azərbaycanın təxribatı kimi təqdim etməsi bir daha Ermənistanın həyata keçirdiyi təxribatlara bəraət qazandırdığını nümayiş etdirir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.

 

Qeyd olunub ki, Azərbaycanın Laçın yolunu bağladığı iddiasının heç bir əsasının olmadığı məlumdur:

 

“Azərbaycan Ermənistanın “humanitar yük” adı altında əvvəllər hərbi texnika və bir sıra digər qanunsuz daşınmalara cəlb olunmuş nəqliyyat vasitələri ilə Azərbaycana ölkəmizin icazəsi olmadan yüklərin daşınmasının qəbuledilməzliyini dəfələrlə diqqətə çatdırıb. Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ölkəmiz tərəfindən tənzimlənir və Ermənistanın ölkəmizin ərazisində son üç ilə yaxın dövrdə qanunsuz fəaliyyətlər üçün sui-istifadəni davam etdirdiyi Laçın yoluna girişə və çıxışa nəzarət üçün olduqca böyük əhəmiyyət daşıyır. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…