Müharibə başlayan günü mən Ermənistanda deyildim.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük Qarabağ müharibəsini araşdıran parlament komissiyasının iclasında deyib. 

 

O, sentyabrın 25-də, yəni müharibədən 2 gün əvvəl təlim məqsədilə ölkəni tərk etdiyini bildirib.

 

“25 sentyabr 2020-ci ildə Rusiya Federasiyasına hərbi təlimlərə göndərildim. Sentyabrın 25-dən 26-na keçən gecə silah və hərbi texnikanın tədarükünü təşkil etmək məqsədilə işgüzar səfər çərçivəsində Avropa İttifaqı və NATO üzvü olan ölkədə oldum. Ayın 26-sı axşam, müharibə başlamazdan əvvəl mən təyyarədə idim, Qazaxıstana ezamiyyətimi davam etdirirdim. Orada danışıqlar aparılmalı idi. Silah və hərbi texnikanın alınması davam etdirilməli idi”, – keçmiş müdafiə naziri bildirib.

 

Tonoyan müharibə başladıqdan bir gün sonra İrəvana qayıtdığını vurğulayıb:

 

“Ayın 27-si səhər saatlarında Baş Qərargah rəisi telefonla mənə məlumat verdi. Bundan sonra baş nazirlə söhbətim oldu. Koronavirusun pis vəziyyətini nəzərə alaraq, iki-üç saat ərzində güclə təyyarə tapdıq və Ermənistana qayıda bildim. Qayıdışım maneələrlə oldu, amma bu barədə qapalı iclasda danışacağam. Mən Gürcüstan vasitəsilə qayıtdım. Sentyabrın 28-i səhər saat 4-də İrəvanda idim”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mətbuat Şurası bəyanat YAYDI

Azərbaycan Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bəyanat yayıb.…

Aktauda Azərbaycanın Zəfər Günü qeyd edildi – FOTOLAR

Qazaxıstanın Aktau şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.   Modern.az…

Qaribaşvili Arayik Arutyunyanla GÖRÜŞDÜ

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Ermənistan baş naziri aparatının rəhbəri…

Güclü yağış 17 nəfərin həyatına son qoydu 

Konqo Demokratik Respublikasının şimalında torpaq sürüşməsinə səbəb olan leysan yağışlar nəticəsində son…

Mikayıl Cabbarov Qaribaşvili ilə əməkdaşlıqdan danışdı

Azərbaycan və Gürcüstan arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə edilib.   Modern.az xəbər verir…