İranda isti hava şəraiti ilə əlaqədar həftənin çərşənbə və cümə axşamı günləri bütün ölkə üzrə tətil elan edilib.
Modern.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Bəhadri Cəhormi bildirib.
Onun sözlərinə görə, yerli hakimiyyət son günlər müşahidə olunan şiddətli istiləri nəzərə alaraq vətəndaşların sağlamlığının qorunması məqsədilə Səhiyyə Nazirliyinin bütün ölkədə çərşənbə və cümə axşamı günlərinin tətil olunması təklifini qəbul edib.