26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

 

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Modern.az-a verilən məlumata görə, yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulurlar.

 

Bu gün onlardan Füqan Əliyev körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

 

Atletimiz birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə 9-cu yeri tutub. F. Əliyev təkanla qaldırma hərəkətində uğurlu çıxış edib.

 

O, 179 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin gümüş medalını qazanıb.

 

Toplam 317 kq (138+179) nəticə göstərən Füqan yekun sıralamada 4-cü yeri tutub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Abşeronda təmizlik aksiyası – FOTOLAR

Abşeron rayon təşkilatının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional…

Qarabağ kanalı yenidən qurulacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında”…

Separatçıların Mi-8 helikopteri belə məhv edildi – VİDEO

Moldovanın separatçı Dnestryanı bölgəsində Mi-8 helikopteri hücuma məruz qalıb.   Modern.az xəbər…

Deputatların tətili başa ÇATDI

Milli Məclisin deputatlarının məzuniyyəti başa çatıb.   Modern.az xəbər verir ki, Milli…

Məktəblilərin qış tətili uzadıldı

Ukrayna Silahlı Qüvvələrinin atəşə tutulması təhlükəsi səbəbindən Belqorod vilayətinin və Belqorodun sərhədyanı…