Səudiyyə Ərəbistanı avqustun əvvəlində Qərb ölkələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqları keçirmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumata görə, avqustun 5-dən 6-dək Ciddədə keçiriləcək görüşə 30 ölkədən yüksək səviyyəli rəsmilər iştirak edəcək.