Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər meriyası və Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Rusiya rəsmiləri hücuma görə Ukraynanı ittiham edib.

 

Müdafiə Nazirliyi hücumun üç PUA tərəfindən həyata keçirildiyini, onlardan ikisinin radioelektron mübarizə vasitəsi ilə zərərsizləşdirildiyini, digərinin isə Moskva vilayətinin Odintsovo rayonu səmasında vurulduğunu bildirib .

 

Havada sıradan çıxarılan PUA-ların qalıqları Moskva şəhərinə düşüb, “Moskva-Siti” və “Oko-2” qüllələrinə ziyan dəyib.

 

Rəsmi məlumatlara görə, xəsarət alan olmayıb. TASS-ın mənbəsi isə mühafizəçinin yaralandığını bildirib. 

 

Hücumdan sonra Moskvanın Vnukovo hava limanının fəaliyyəti dayandırılıb, təyyarələrin qalxmasına və enməsinə icazə verilməyib. Səhər saatlarında qadağa aradan qaldırılıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…