Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Qeyd olunub ki, güclü şimal-qərb küləyi axşama tədricən zəifləyəcək, havanın temperaturu gecə 20-25° isti, gündüz 25-28° isti olacaq.

 

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə güclü şimal-qərb küləyi əsəcək.

 

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

 

Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

 

Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq, güclü qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

PKK tərəfdarları Fransada hücum etdi – VİDEO

Fransanın Paris hava limanında kütləvi dava düşüb.   Modern.az xəbər verir ki, hadisə kürd…

Ermənilərdən nə qədər silah təhvil alınıb…

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursatın son siyahısı açıqlanıb.…

Belarus Rusiya ilə regional qoşunların fəaliyyətinə dair sazişi ratifikasiya edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə regional qoşunların fəaliyyətinə dair saziş protokolunun…

Nömrəsiz maşın sürənlər cəzalandırıldı 

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını…

Qeyri-etik paylaşımlar edən şəxslər həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və…