2023-cü ilin iyulu bütün müşahidələr tarixində ən isti ayı olacaq və fəlakətdən qaçmaq üçün iqlim dəyişikliyinə qarşı təcili tədbirlər görülməlidir.

 

Modern.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş mətbuat konfransında deyib.

 

“Bu gün Dünya Meteorologiya Xidməti və Avropanın Copernicus təşkilatı 2023-cü ilin iyulunun dünya tarixində ən isti ay olacağını təsdiqləyən rəsmi məlumat yayıb”,- deyə Quterreş bildirib.

 

Onun sözlərinə görə, bu ilin iyul ayında meteoroloqlar temperaturların rekord həddə çatdığı üç ən isti həftə müşahidə edib, eyni zamanda, okean suyunun ən yüksək temperaturunu qeydə alıblar. Şimali Amerika, Asiya, Afrika və Avropanın böyük hissəsi üçün bu, amansız yaydır, planet üçün fəlakətdir.

 

Antonio Quterreş, həmçinin qeyd edib ki, “qlobal istiləşmə dövrü başa çatıb, qlobal qaynama dövrü gəlib”. O, dünya liderlərini daha faciəli nəticələrin qarşısını almaq üçün iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təcili tədbirlər görməyə çağırıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Azərbaycan QİÇS-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 14-də BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış…

Fransa Zəngəzurda konsulluq açacaq

Fransa Zəngəzurda konsulluq açacaq.   Modern.az xəbər verir ki, bunu Fransanın xarici…

Rus ordusu Zaporojye AES-i tərk edir – Ukrayna kəşfiyyatı

Rusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk edir.   Modern.az Ukrayna…

Qızılca ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək qızılcaya həssas 11-40 yaşlı əhali…

Yevlaxda nələr müzakirə olundu… – Rəsmilər Xankəndiyə gedir

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə…