Son bir ayda 234 ölkədən yalnız 122-də (52%) koronavirus (COVID-19) yoluxma halları qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji hesabatında bildirilir.
Təşkilat qeyd edib ki, 2022-ci ilin ortalarından etibarən yoluxma nisbəti davamlı olaraq azalır.
ÜST-nin məlumatına görə, son 28 gündə 868 min yeni yoluxma və 3,7 min ölüm faktı qeydə alınıb.
“ÜST-nin beş regionu həm yoluxma hallarının, həm də ölüm hallarının azaldığını bildirsə də, Qərbi Sakit Okean regionu həm yoluxma hallarının, həm də ölüm hallarının artdığını bildirdi”, – deyə təşkilat bildirib.