İstanbul şəhərində 13-14 iyul tarixlərində baş tutan “İş dünyası – 100 ilin zirvəsi” biznes forum-sərgisinin dəyərləndirmə iclası keçirilib.

 

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, MÜSİAD Azərbaycanın və KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçirilən tədbirin dəyərləndirmə görüşü MÜSİAD Azərbaycan dərnəyimizdə baş tutub.

 

Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətimizin sədri Rəşad Cabirli, İdarə Heyəti Üzvlərimiz, Üzvlərimiz, KOBİA sədr müavini Hikmət Məmmədov və biznes forum-sərgisinə Azərbaycandan qatılan sahibkarlar iştirak edib.

 

Görüşdə sahibkarların tədbir haqqında fikirləri dinlənilmiş, tədbirin ümumi dəyərləndirilməsi edilib. Daha sonra iki ölkə arasında iqtisadi və ticari əlaqələrin artırılması üçün yeni layihələr planlaşdırılıb və birgə fəaliyyətlər haqqında müzakirələr aparılıb.

 

KOBİA sədr müavini Hikmət Məmmədov görüşdə, KOBİA-nın hər zaman sahibkarların yanında olduğunu və onlara dəstək olmağa hazır olduqlarını bildirib. Biznes forumun hamı tərəfindən çox bəyənildiyini vurğulayan Hikmət bəy, formun daha genişmiqyaslı şəkildə keçirilməsi üçün Ankarada artıq fəaliyyətlərə başlanıldığını söyləyib.

 

Sədrimiz Rəşad Cabirli, forumun uğurla həyata keçdiyini vurğulayıb, belə forumların daha çox olması üçün fəaliyyətlərin planlaşdırıldığını bildirib. Rəşad bəy Türkiyədə 83, ölkə xaricində 81 fərqli ölkədə, ümumilikdə 164 məntəqə ilə xidmət edən MÜSİAD-ın, üzvlərinə və sahibkarlara öz gücü ilə, network əlaqələri ilə hər zaman arxa olduğunu və işbirlikləri üçün lazımi dəstəklərin göstərilməsinə hazır olduğunu bildirib.

 

Görüş sonunda 10-dan artıq sahibkarın artıq bir-birləri ilə iş fəaliyyətlərinə başlanıldığı bildirilib, bu sayının daha da artırılması üçün layihələrin planlaşdırılması müzakirə edilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…