Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında “Rakuv”un qonağı olub.

 

Modern.az xəbər verir ki, Ağdam klubu Polşa çempionu ilə qarşılaşmada məğlub olub.

 

Oyunun birinci hissəsində qapılara qol vurulmasa da, fasilədən sonra “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin səhvləri nəticəsində meydan sahibləri hesabda 2:0 önə keçiblər. Komandamız qısa müddət ərzində hesabı bərabərləşdib, belə ki, Cica 74 və 76-cı dəqiqələrdə dubl edib.

 

Amma əsas vaxta əlavə olunmuş ilk dəqiqədə oyuna sonradan daxil olan Kittel uzaqdan zərbə ilə “Rakuv”a qələbə qazandırıb.

 

Qeyd edək ki, cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…