Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin rəhbəri Vitaliy Savelyev bildirib.

 

“Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində 2023-cü ilin mayında hökumətlərarası saziş imzalanıb ki, bu da İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin çatışmayan hissəsinin tikintisi ilə bağlı təxminən 20 illik müzakirələrin nəticəsidir. Biz 2028-ci ilə qədər tikintinin tam yerinə yetirilməsini gözləyirik”, – Savelyev deyib.

 

Onun sözlərinə görə, “Rusiya Dəmir Yolları” Holdinqinin məqsədi 2023-cü ildə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə 1 milyondan çox konteyner daşımaqdır.

 

Qeyd olunub ki, mayın 17-də Rusiya və İran Fars körfəzi limanlarına birbaşa keçidi təmin edəcək (Azərbaycan ərazisindən keçməklə – red.) Şimal-Cənub layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalayıblar. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.

 

Xatırladaq ki, hazırda Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Sumqayıt-Yalama dəmir yolu yenidən qurulur. Yenidənqurma işlərinin 2024-cü ilin sonuna başa çatdırılması planlaşdırılıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…