Azərbaycan Müdafiə Nazirliyi ilə “Türkiyə Aerokosmik Sənayesi” (TUSAŞ) şirkəti arasında müqavilə imzalanıb.

 

Modern.az xəbər verir ki, müqavilə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarələrinin modernləşdirilməsini nəzərdə tutur.

 

Sazişin imzalanması mərasimi İstanbulda keçirilən IDEF-2023 müdafiə sərgisində baş tutub. Mərasimdə Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəsmiləri də iştirak edib.

 

Müqavilə çərçivəsində Su-25 qırıcılarına Türkiyə istehsalı idarəolunan silah sistemləri inqteqrasiya ediləcək və təyyarələrin avionik sistemləri modernləşdiriləcək.

 

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ordusunun Su-25 qırıcılarına Türkiyənin TUBİTAK SAGE müdafiə müəssisələri tərəfindən hazırlanan “qanadlı tuşlama dəsti” (kanadlı güdüm kiti) adlı sursatlar quraşdırılıb. Sursatın quraşdırıldığı döyüş təyyarəsi Türkiyənin “Konya” şəhərində keçirilən “Anadolu Qartalı” hərbi təlimlərində görünüb. Bu sursatlar sayəsində Azərbaycan Ordusunun Su-25 qırıcıları daha uzaq məsafədəki hədəfləri dəqiqliklə məhv edə biləcək. 

 

1267304

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…