“Çox ciddi bir rəqibə qarşı oynayacağıq. İstəkli komandadır. Bu komanda öz oyun intizamı ilə digərlərindən çox fərqlənir”. 

 

Modern.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Rakov”la səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

 

Polşa klubunun onlara tanış rəqib olduğunu xatırladan mütəxəssis indi bu komandanın daha yaxşı formada olduğunu bildirib: “Biz bu komandaya qarşı yoxlama oyununda oynasaq da, indi onlarda xeyli dəyişiklik var. Daha intizamlı və keyfiyyətli komanda olublar. Rəqibi daha yaxşı tanımaq üçün sabah bizim vaxtımız olacaq. Hər bir halda oyuna çox ciddi yanaşırıq. Yaxşı oyun və nəticə göstərmək istəyirik. Bu komandaya qarşı meydandan mübarizəsiz çıxmalı deyilik. İnanıram ki, yaxşı oyunla ən azından azarkeşlərimizi sevindirə biləcəyik”. 

 

Q.Qurbanov bundan əvvəlki avrokubok oyunlarında Polşa təmsilçilərinə qalib gəlmələrinə baxmayaraq, bu rəqibə qarşı oyun ərəfəsində azarkeşlərin narahatlığı ilə bağlı isə bunları bildirib: “Bizim əvvəl oynadığımız rəqiblərlə bağlı Azərbaycan və Polşa mediasında xeyli açıqlamalar oldu. Amma mən qətiyyən bu barədə düşünmürəm. Əvvəlki oyunlara necə ciddi yanaşımışıqsa, buna da elə yanaşırıq. Əvvəlki nəticələri düşünmürük. Bu gün istənilən rəqibə qarşı eyni formada ciddi hazırlaşırıq. Əvəlki oyunlar haqda düşünmək bizim ziyanımıza olar. Azərkeşlərimizə də demək istəyirəm ki, narahatlığa ehtiyac yoxdur. Yəqin rəqibin daha ciddi olduğu üçün azarkeşlərimizdə narahatlıq var. Bu da tam doğrudur. Biz sadəcə meydanda sona qədər diqqətlli olmalıyıq”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Mingəçevirin elektrik verilişində yaralanan problem həll edildi

Mingəçevirdə 10 kv-luq elektrik xəttində qəza aradan qaldırılıb, elektrik enerjisinin verilişində yaranan…

“Neftçi” Ozobiçlə müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu Emil Balayevdən sonra milli komandamızın daha bir üzvünü…

Milli Hidrometeorologiya Xidmətinə yeni rəis TƏYİNATI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə yeni rəis təyin olunub.…

Boksçumuz Avropa Oyunlarında finala yüksəlib

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.…

Səbail rayonunda Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib – Xəbər 7

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan…